Millimiz qələbə qazanıb

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Dubay şəhərindəki təlim-məşq toplanışı çərçivəsində bu gün Birləşmiş Ərəb Əmirlikləri yığması ilə yoldaşdıq oyunu keçirib. Qarşılaşmanın əsas vaxtı 3:3 hesabı ilə başa çatıb. Millimizin heyətində Renat Sultanov, Elvin Quliyev və Asif Zeynalov fərqlənib. Qalib oyunsonrası penalti seriyasında müəyyənləşib. Zərbələri daha dəqiq yerinə yetirən millimiz ümumi nəticədə 5:4 hesabı ilə qələbə qazanıb.

نوشته شده در تاریخ شنبه 29 اسفند 1388    | توسط: ائلمان ارسوی    |    |
نظرات()